\
29 Mart 2024 - Cümə

“Dərs vaxtı”nın sentyabrın 4-nə olan cədvəli açıqlanıb

“Dərs vaxtı”nın sentyabrın 4-nə olan cədvəli açıqlanıb
1717baxış

"Mədəniyyət” telekanalı və "Təhsil" televiziyasının "Facebook" səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının sentyabrın 4-ü üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

"Mediapress.az" xəbər verir ki, Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edib.

"Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır", - Nazirlikdən bildirilib.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən izləmək imkanı əldə edə bilərlər.