\
19 Aprel 2024 - Cümə

Havanın temperaturu enəcək - XƏBƏRDARLIQ

Havanın temperaturu enəcək - XƏBƏRDARLIQ
1448baxış

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Xidmətindən Mediapress.az-a verilən məlumata görə, sentyabrın 3-ü gündüzdən 4-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.
 
Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
 
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.