\
20 Aprel 2024 - Şənbə

Mehriban Əliyeva: “İnsan lap yenidən tələbə olmaq istəyir...” (VİDEO)

Mehriban Əliyeva: “İnsan lap yenidən tələbə olmaq istəyir...” (VİDEO)
1651baxış
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva UNEC-in yenidən inşa olunan 3 saylı tədris korpusunun istifadəyə verilməsi mərasimində iştirak ediblər.
 
Mediapress.az-ın  məlumatına görə, dövlət başçısı İlham Əliyev görülən işlərdən razı qalıb.
 
O, bildirib ki, bu, digər universitetlər üçün də nümunə olmalıdır.
 
Birinci vitse-prezident Mehriban Əliyeva görülən işlərdən razılıq əlaməti kimi isə "İnsan lap yenidən tələbə olmaq istəyir..." cümləsini işlədib.
 
Həmin görüntüləri təqdim edirik: