\
24 Aprel 2024 - Çərşənbə

"Azgranata"da karantin qaydaları pozulur... - Eksklüziv - VİDEO

"Azgranata"da karantin qaydaları pozulur... - Eksklüziv - VİDEO
3545baxış

Azərbaycanın nüfuzlu şirkətlərdən biri olan "AzGranata"da karantin qaydaları kobud şəkildə pozulur.

Mediapress.az-ın əldə ediyi məlumata görə, şirkətin işçiləri pandemiyaya görə müəyyən edilmiş qaydalara məhəl qoymadan iş prosesinə davam edirlər.

Bu, şirkətin rəsmi şəxslərindən birinin yaydığı videogörüntüdə də öz əksini tapıb. Videodan aydın görünür ki, "AzGranata" məhsullarının hazırlandığı zavodda işçilər tibbi maskasız, ara məsafə saxlamadan çalışırlar.

Bununla yanaşı, virusun yayılma təhlükəsinin və karantin rejiminin hələ də davam etməsinə baxmayaraq şirkətin Ağsu rayonunda yerləşən zavodunda bu gündən etibarən “Açıq qapı günləri”nə start verilib.
 
Bu barədə də icraçı direktor Vüqar Mikayılov məlumat verib: “AÇIQ QAPI GÜNLƏRİMİZ BAŞLANDI: 8 sentyabrdan etibarən yolu Ağsudan düşən bütün “AzGranata” sevərləri zavodumuza ekskursiyaya dəvət edirik. Bu dəvət noyabr ayına qədər qüvvədədir. Buyurun, qonağımız olun

Xatırladaq ki,  maskasız olan şəxs əgər xəstədirsə, minimum 60 nəfəri koronavirusa yoluxdura bilər. Həmin 60 nəfər isə bir gün ərzində ən azı 3400 nəfəri virusa yoluxdurar. Bu da, əlbəttə, xəstəliyin yenidən alovlanmasına və ölkəmizdə xüsusi karantin rejiminin yenidən tətbiqini labüdləşdirə bilər.

Beləcə, "AzGranata"da İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddə pozulub. 

Qarşı tərəfin də fikrini öyrənməyə hazırıq.

Könül Aypara