\
23 Aprel 2024 - Çərşənbə axşamı

Əcnəbilər sağlamlıq arayışı üçün niyə məhz Diaqnostika Mərkəzinə yönləndirilir? - Eksklüziv

Əcnəbilər sağlamlıq arayışı üçün niyə məhz Diaqnostika Mərkəzinə yönləndirilir? - Eksklüziv
1064baxış

Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün bir neçə problemlərlə üzləşən xarici vətəndaşların sualları ilə bağlı Mediapress.az olaraq araşdırma apardıq.

Əlbəttə ki, yaranan sualları Dövlət Miqrasiya Xidmətinin İctimai Əlaqələrlə İş üzrə şöbəsinin rəisi Elnur Kələntərova ünvanladıq:

- Elnur müəllim, ölkəmizdə yaşayan xarici vətəndaşlar şikayətlənirlər ki, ildə bir dəfə müvəqqəti oturuma görə DMX-nə veriləcək sənədlər üçün müayinədən keçirlər, buna görə də məhz “Respublika Müalicəvi Diaqnostika Mərkəzi”nə yönləndirilirlər. Orda da sağlamlığı təsdiqləyən qan analizlərinin qiymətləri çox bahadır. Deyirlər, aramızda işləməyən, tələbələr də varsa, bütün bunlar nəzərə alınmalıdır. Bundan başqa, əcnəbilər təmsil etdiyiniz qurumun qanunları haqda ətraflı məlumat verilmədiyindın narazılıq edirlər. Onların şikayətlərinə əsasən, məlumatsızlıqdan cərimələniblər.

- Çox güman ki, sözügedən həmin xarici vətəndaşlar Dövlət Miqrasiya Xidmətinin-nin 919 Çağrı Xidmətindən istifadə etməyiblər. Ölkəmizdə yaşayan hər bir xarici vətəndaşa qurumumuz tərəfindən məsləhət görülür ki, MİG.AZ mobil tətbiqindən istifadə etsinlər. Belə olan halda bütün yenilik və yenilənən məlumatlardan xəbər tuta biləcəklər. Ümumiyyətlə, onlara təqdim olunan bildirişlıərdə də müəyyən məlumatlar yer alıb, ingilis dilində tərcümə olunub. O ki qaldı xəstəxanadakı qiymətlərə, bu barədə də internet saytımızda məlumatlar dərc edilib. Alternativ olaraq Respublika QİÇSlə Mübarizə Mərkəzi, “İnternational Clinic” və Respublika Kliniki Yoluxucu Xəstəliklər Xəstəxanasının da verdiyi arayışlar qurumumuz tərəfindən qəbul olunur. 

Elnur Kələntərovun sözlərinə görə, Dövlət Miqrasiya Xidmətinin məqsədi kimisə cərimələmək deyil. 

“Buna ümumiyyətlə, marağımız da yoxdur. Biz Azərbaycan qanunvericiliyinə riayət edirik”, - deyə şöbə rəisi əlavə etdi.  

Könül Aypara