\
19 Mart 2024 - Çərşənbə axşamı

“Əsgərə Məktub” layihəsi davam edir - "Sən də dəstək ol!"

“Əsgərə Məktub” layihəsi davam edir - "Sən də dəstək ol!"
1183baxış
“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində şanlı Aprel döyüşlərində olduğu kimi  hazırki vəziyyətdə də xalqımızın birliyini simvolizə edən bütün məktublar cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılır.
 
Layihə ilə bağlı “ASAN xidmət” mərkəzlərinin könüllüləri  və xidmət üçün  müraciət edən vətəndaşlarımız tərəfindən Vətənimizin keşiyində duran mərd əsgərlərimizə minlərlə məktub ünvanlanıb. 
 
ASAN könüllüləri bu təşəbbüsün ölkəmizin qazanacağı böyük qələbəyə kiçik töfhə olacağına inanırlar.
 
Mediapress.az olaraq biz də bu layihənin iştirakçısı olduq və bütün həmkarlarımızı əsgərlərimizə dəstək olmaq üçün "Əsgərə məktub" layihəsində iştirak etməyə səsləyirik!