\
28 Oktyabr 2020 - Çərşənbə

Sabahdan etibarən efirimizdə “BİR QADIN” serialı - ATV-də

Sabahdan etibarən efirimizdə “BİR QADIN” serialı - ATV-də
1552baxış

Artıq Azərbaycan kanallarında yeni serial mövsümü başlayır.

Mediapress.az xəbər verir ki, "Oscar Film Production" da bu gün tamaşaçıların görüşünə iki layihə ilə gəlir:

Azərbaycan teleməkanında maraqla izlənən,  “Youtube” kanalında daim trenddə olan, ən uzunömürlü seriallardan biri – qalmaqallı “UÇURUM” serialı artıq 3-cü mövsümünə yeni ailələr, yeni hadisələr, yeni ab-havayla başlayacaq. Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Vüsal Məmmədov, ssenari müəllifləri Xanım Aydın və Yeganə Cansail olan serial ARB kanalında sentyabrın 21-dən etibarən həftə içi dörd gün saat 21.00-da ekranlara çıxacaq.

Bu gün cəmiyyətdəki bir çox problemləri özündə əks etdirən, ötən mövsümdə sevilən, ən çox baxılan seriallardan olan “BİR QADIN” serialı 2-ci mövsümünə  sentyabrın 21-də saat 21.40-da ATV kanalında başlayır. Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru  Şahin Qəhrəman,  ssenari müəllifi Çinarə Nüsrətli olan serial həftə içi dörd gün yayımlanacaq.