\
29 Mart 2024 - Cümə

Alimlər koronavirusun Parkinson xəstəliyi ilə bağlılığını aşkarladılar

Alimlər koronavirusun Parkinson xəstəliyi ilə bağlılığını aşkarladılar
1734baxış

Avstraliyanın Flori İnstitutunun neyrobioloqları bu nəticəyə gəlib ki, koronavirus Parkinson xəstəliyinin inkişafı riskini artırmağa qadirdir.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Mütəxəssislər faktorların xəstəliyin ortaya çıxmasına necə səbəb olduğunu anlamaq üçün "ikiqat zərbə fərziyəsi"ni təqdim ediblər.

Güman edilir ki, infeksiya neyronların iltihabına səbəb ola bilər və bu, beyni sonrakı nevroloji hadisəyə həddindən artıq reaksiya verməyə hazırlayır.

İkinci zərbə neyronların qeyri-adi reaksiyası ilə nəticələnir, bundan sonra isə neyrodeqenerasiya baş verir. Bu isə nəticədə Parkinson xəstəliyinə səbəb olur.

Alimlər diqqəti koronavirusun neyrotrop virus olması, yəni beyin toxumasını zəbt etmək qabiliyyətinə malik olduğunu göstərən elmi məqalələrə cəlb ediblər. Qeyd edilir ki, bununla bağlı məqalələr getdikcə artır. Mütəxəssislərin fikrincə, araşdırmalar zamanı üzə çıxan faktlar virusun Parkinson xəstəliyinin inkişafına səbəb olması deməkdir.