\
26 Aprel 2024 - Cümə

Şəhanə Müşfiq ADMİU-nin yeni Mətbuat Xidmətinin rəhbəri oldu

Şəhanə Müşfiq ADMİU-nin yeni Mətbuat Xidmətinin rəhbəri oldu
1383baxış

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) yeni kadr təyinatı olub.

Bununla bağlı universitetin rektoru Ceyran Mahmudova əmr imzalayıb.

Əmrə əsasən, Elçin Cəfərov təhsil müəssisəsinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsindən azad olunub. Rektorun digər əmri ilə Şəhanə Müşfiq ali məktəbin Mətbuat Xidmətinin rəhbəri təyin olunub.

E.Cəfərov isə ADMİU-dakı fəaliyyətini Teatrşünaslıq kafedrasında müəllim kimi davam etdirəcək.