\
24 Aprel 2024 - Çərşənbə

Rusiyada koronavirusdan daha 149 nəfər öldü

Rusiyada koronavirusdan daha 149 nəfər öldü
1688baxış

Rusiyada son sutka ərzində daha 6 595 nəfərdə koronavirus aşkarlanıb, bununla da ölkə üzrə yoluxanların ümumi sayı 1 128 836-ya çatıb.

Yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 050 nəfər.

Son bir gündə virusdan həm də 149 nəfər ölüb və Rusiyada pandemiya qurbanlarının sayı 19 min 948 nəfər olub.

İndiyədək 929 min 829 xəstə sağalıb.

Xatırladaq ki, Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Hindistan və Braziliyadan  sonra dünyada dördüncü yerdədir.