\
26 Oktyabr 2020 - Bazar ertəsi

Ceyhun Bayramov Tbilisidə Heydər Əliyevin büstünü ziyarət edib

Ceyhun Bayramov Tbilisidə Heydər Əliyevin büstünü ziyarət edib
1366baxış

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə Heydər Əliyev adına parkda Azərbaycanın ümummilli liderinin büstünü ziyarət edib.

“Report”un yerli bürosu xəbər verir ki, nazir büstün önünə əklil qoyaraq ulu öndərin xatirəsini ehtiramla yad edib.

C.Bayramov həmçinin Qəhrəmanlar meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə ucaldılan abidəni də ziyarət edib.