\
29 Mart 2024 - Cümə

Bu jurnalistlərin övladları tələbə adını qazandılar (FOTOLAR)

Bu jurnalistlərin övladları tələbə adını qazandılar (FOTOLAR)
1775baxış
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul  nəticələrini  açıqlayıb.
 
Ali təhsil müəssisələrinin müsabiqəsində 66 464 nəfər iştirak edib. Onlardan 42 731  nəfəri (o cümlədən 5 785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20 799  (o cümlədən 779 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 21 932 (o cümlədən 5 006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
 
Universitetlərə qəbul olunan şəxslər arasında mətbuat nümayəndələrinin övladları da var.
 
Mediapress.az AzEdu.az-a istinadən tələbə adını qazanan jurnalist övladlarını təqdim edir:
 
Modern.az saytının baş redaktoru Əfqan Qafarlının qızı Nurcan Qafarlı Azərbaycan Dövlət Pedoqoji Universitetinin Riyaziyyat və İnformatika müəllimliyi ixtisasına daxil olub:
 
 
Lent.az saytının redaktoru Səbinə Əvəzqızının oğlu Cavidan Məmmədli UNEC-ə qəbul olub:
 
 
 
İctimai Televiziyada "Carçıfilm" Yaradıcılıq Birliyinin direktor müavini Eldar İskəndərzadənin oğlu Rəşad İskəndərzadə UNEC-in Maliyə ixtisasına daxil olub:
 
 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətiinin mətbuat katibi Fizuli İsmayılovun oğlu Toğrul İsmayılov Azərbaycan Dillər Universitetinə qəbul olunub:
 
 
APA TV-nin redaktoru Cavid İsmayılın oğlu Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə daxil olub:
 
 
Azəraqrartikinti ASC-nin mətbuat katibi Teymur Mahmudovun oğlu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika mühəndisliyi ( dövlət sifarişli, tədris ingilis dilində) fakültəsinə qəbul olunub:
 
 
Moderator.az İnformasiya Agentliyinin baş redaktoru Zülfüqar Hüseynzadənin övladı Hüseyn Hüseynzadə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub:
 
 
 
"Şərq”  qəzetinin  redaktoru Yusif Nəzərlinin qızı Türfə Nəzərli UNEC-ə daxil olaraq tələbə adını qazanıb:
 
 
"Yeni Müsavat” qəzetinin baş redaktoru Xalid Kazımlının oğlu  Nihad Kazımlı Xəzər Univeristetinin Psixologiya fakültəsinə qəbul olunub:
 
 
 
Jurnalistlər Zamin Hacı və Sevinc Telmanqızının qızı Selcan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub:
 

Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərlinin qızı Rübabə  Kələntərli Türkiyənin Özyegin Universitetinin Komputer Elmləri proqramı üzrə Mühəndislik fakültəsinə daxil olub: