\
26 Oktyabr 2020 - Bazar ertəsi

Daha 13 şagirddə koronavirus aşkarlanıb

Daha 13 şagirddə koronavirus aşkarlanıb
1425baxış

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən "Report"a bildirilib ki, sentyabrın 24-də 86 şagird və 3 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 13 şagird və 7 işçidə koronavirus aşkarlanıb.

Daha 2 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 11-ə çatıb. İndiyə qədər ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distant təhsilə keçirilib.