\
19 Aprel 2024 - Cümə

Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi və "AR Group İnşaat"dan əsgərlərə yardım - FOTOLAR

Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi və "AR Group İnşaat"dan əsgərlərə yardım - FOTOLAR
4481baxış

Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi (DAİM.az) və "AR Group İnşaat"ın birgə təəssübkeşliyi sayəsində cəbhə bölgəsinə yardım aparılıb. 

Mediapress.az-ın məlumatına görə, yardım cəbhədə döyüşən əsgərlər üçün lazımi əşyalar və qida məhsullarından ibarət olub. Əlavə edək ki, yardımda məşhur yumor ustaları da iştirak ediblər. 

Xatırladaq ki, Azərbaycan Ordusu dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Şəxsi heyətin təchizatı, təminatı və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində fəaliyyətlər bu gün də davam etdirilir. 

Bununla belə, günbəgün qələbə sevinci yaşayan Azərbaycan xalqı ön cəbhə üçün əllərindən gələn köməyi əsirgəmirlər. 

Xalqımıza qələbə yaraşır! 

#bizbirlikdəgüclüyük