\
21 Oktyabr 2020 - Çərşənbə

Qırğızıstan prezidenti istefa verdi

Qırğızıstan prezidenti istefa verdi
1333baxış

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov istefa verib.

Mediapress.az xəbər verir ki, məlumatı “24.kg” yayıb.

Bildirilib ki, prezident istefasını parlament tərəfindən namizədliyi oktyabrın 14-də təsdiqlənən yeni baş nazir Sadır Japarova ilə müzakirə edib. Müzakirədən sonra Jeenbekov bu gün istefa verib.

Qeyd edək ki, Sooronbay Jeenbekov 2017-ci il noyabrın 24-də seçilmişdi.