\
25 Oktyabr 2020 - Bazar günü

Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 500-ü ötdü

Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 500-ü ötdü
1335baxış

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mediapress.az-a verilən məlumata görə, bu gün COVID-19-dan 3 ölüm faktı qeydə alınıb.

Hazırkı dövrədək ölkəmizdə 43 min 280 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 671 nəfər müalicə olunaraq sağalıb, 619 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 990 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 201 min 924 test aparılıb. Bugünkü test sayı isə 8 054-dür.