\
25 Oktyabr 2020 - Bazar günü

İlham Əliyev: Strateji yüksəkliklər bizim nəzarətimizdədir

İlham Əliyev: Strateji yüksəkliklər bizim nəzarətimizdədir
1328baxış

“Bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Ona görə də döyüş meydanında əsas hədəf strateji yüksəklikləri işğalçılardan azad etmək və böyük əraziləri nəzarət altına almaqdır”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin NTV kanalına müsahibəsində deyib.

“Həm şimal, həm cənub, həm də şərq istiqamətlərində artıq strateji yüksəkliklər bizim nəzarətimizdədir”, - Prezident vurğulayıb.

Dövlət başçısı onu da deyib ki, Füzuli rayonunun bir sıra kəndlərini işğalçılardan azad etmişik: “Əminəm ki, yaxın zamanlarda Füzuli rayonundan da çox yaxşı xəbərlər gələcək”.