\
21 Oktyabr 2020 - Çərşənbə

Türkiyə parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlir

Türkiyə parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlir
1342baxış

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə "Report"un Türkiyə bürosuna Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım məlumat verib.

Türkiyə parlamenti nümayəndə heyəti 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününə təsadüf edəcək və iki gün davam edəcək səfər çərçivəsində bir sıra görüşlər keçirəcək.

M.Şentop eyni zamanda oktyabrın 20-də Milli Məclisdə çıxış edəcək