\
25 Oktyabr 2020 - Bazar günü

Operativ Qərargah: Dövlət qurumlarında işçilərin say həddi 30 faizədək azaldılır

Operativ Qərargah: Dövlət qurumlarında işçilərin say həddi 30 faizədək azaldılır
1367baxış

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq, digər əməkdaşlar məsafədən iş rejiminə keçirilir. 

Mediapress.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında yer alıb.

Qeyd olunub ki,  özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur.