\
18 Aprel 2024 - Cümə axşamı

Düşmənin Gəncədəki təxribatlarına etiraz olaraq Təbriz bazarı bağlanacaq - Eksklüziv

Düşmənin Gəncədəki təxribatlarına etiraz olaraq Təbriz bazarı bağlanacaq - Eksklüziv
1989baxış
Mediapress.az-ın əldə etdiyi məlumata görə, Təbriz bazarı Ermənistanın Gəncədə törətdiyi cinayətlərə etiraz olaraq bazar günü bağlanılacaq. 
 
Bununla bağlı Təbriz bazarının sahibkarları, həmçinin ictimaiyyət sosial şəbəkələrdə məlumat yayıblar. Onlar gəncəli soydaşları ilə həmdərd olduqlarını vurğulayıblar. 
Qeyd edək ki, Güney Azərbaycan xalqı oktyabrın  27-də İranın Ermənistana hərbi sursat göndərməsinə etiraz olaraq dinc yürüş keçirəcəklərini elan ediblər. Etirazçılar bu addımla Norduz gömrüyünün bağlanılmasını da tələb ediblər.