\
19 Mart 2024 - Çərşənbə axşamı

Bu ölkədə Yeni il bayramı ləğv edildi - Koronavirusa görə

Bu ölkədə Yeni il bayramı ləğv edildi - Koronavirusa görə
1740baxış

Varşavada koronavirusun yayılması səbəbindən Yeni il ərəfəsində kütləvi tədbirlərin ləğv edilməsinə qərar verilib.

 
Bu barədə UNİAN xəbər yayıb.
 
 
Yerli hökumətdən bildirilir ki, mövcud epidemiya vəziyyətinə görə bu il Yeni il qeyd olunmayacaq, sakinlərin sağlamlığı daha vacibdir.
 
Həmçinin o da vurğulanıb ki, bunun sayəsində şəhər büdcəsinə də qənaət etmək mümkün olacaq.
 
Qeyd edək ki, Polşada ümumi yoluxanların sayı 192 539 nəfərdir, 3 721 nəfər isə koronavirusdan ölüb.