\
19 Mart 2024 - Çərşənbə axşamı

Şəhidin ailəsi Tural Müseyibovu dəstəklədi - VİDEO - "Qardaşımın hansısa təşkilata üzv olduğunu qəbul etmirİk!"

Şəhidin ailəsi Tural Müseyibovu dəstəklədi - VİDEO - "Qardaşımın hansısa təşkilata üzv olduğunu qəbul etmirİk!"
1480baxış
Dövlət Dəniz Agentliyinin keçmiş mətbuat xidmətinin rəhbəri Tural Müseyibov sosial şəbəkələrdə LGBT üzvü kimi adı hallanan şəhid Şaiq Kəlbiyevin ailəsi ilə görüşüb.
 
Mediapress.az-ın məlumatına görə, bu barədə T.Müseyibov şəxsi “Facebook” hesabında video müraciətdə bildirib.
 
O qeyd edib ki, şəhidin qardaşı Orxan Kəlbiyev Ş.Kəlbiyevin adının hansısa bir təşkilatda hallanmasını etirazla qarşılayb: “Mən etirazımı bildirmişəm ki, bizim şəhidimizin adını o iyrənc təşkilatla birgə çəkməsinlər. Bununla bağlı sözümü demişəm. Yazırlar ki, Tural şəhidi təhqir edib. Xeyr, təhqir etməmişəm, şəhidimizin adının o iyrənc “təşkilat”la birgə hallanmasının əleyhinəyəm. Bununla bağlı olaraq şəhidimizin ailəsi, qardaşı ilə görüşmüşəm. Qardaşı özü sizə müraciət edir ki, şəhidin adını bu təşkilatla bağlamayın. Bu günahdır və çox böyük cinayət edirsiniz. İnsanların əsəbi ilə oynamayın. Bu yaxşı hal ola bilməz”.
 
 
O.Kəlbiyev bildirib ki, qardaşı özü könüllü yazılıb və döyüşə gedib: “Hər adama şəhidlik zirvəsi qismət olmur. Hər adam ora gedə bilmir. Kim ki qardaşımın hansısa təşkilata üzvlüyü barədə ya bu tipli məlumat yayırsa mənim özümə desinlər, görüm bunu hardan əldə ediblər? Onlara bu məlumatları verən kimdir?”.
 
Sonda T.Müseyibov əlavə edib ki, “Bu məsələni qapadın. Bitdi. Şəhidimizin adına ləkə gətirməyin. Sizin üçün ağır olar”.