\
29 Mart 2024 - Cümə

General-mayor Elşən Kazımov təqaüdə göndərilib - Nazir əmr imzalayıb

General-mayor Elşən Kazımov təqaüdə göndərilib - Nazir əmr imzalayıb
3476baxış
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi edilib.
 
Bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
 
Əmrə əsasən, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis general-mayoru Elşən Kazımov təqaüdə göndərilib.
 
Hazırda onun vəzifəsi müavini, polis polkovniki Arzu Məmmədova həvalə edilib. (oxu.az)