\
4 Dekabr 2020 - Cümə

"Rotax" şirkəti artıq Türkiyədə istehsal edilən "Bayraktar" dronları üçün mühərriklərin ixracatının dayandırıldığını bəyan edib - Eksklüziv - FOTOLAR

"Rotax" şirkəti artıq Türkiyədə istehsal edilən "Bayraktar" dronları üçün mühərriklərin ixracatının dayandırıldığını bəyan edib - Eksklüziv - FOTOLAR
1266baxış
"Der Standard" (Avstriya) qəzetinin 09 oktyabr sayında Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycan tərəfindən Ermənistana qarşı uğurla istifadə edilən "Bayraktar" (TB 2) dronlarının mühərriklərinin Avstriyanın "Rotax" şirkəti tərəfindən istehsal edildiyinə" dair məqalə yayımlanmışdır.
 
Mediapress.az xəbər verir ki, burada "hələ 2016-cı ildə Avstriya parlamentinin Türkiyəyə silah embarqosuna dair qərar qəbul edilməsinə baxmayaraq, "Rotax" şirkətinin bu qərara ciddiyə almaması" xüsusi vurğulanmışdır (https://www.derstandard.at/story/2000120601430/oesterreichische-motoren-fuer-den-drohnenkrieg-in-bergkarabach).
 
"Der Stanrdard"-da yer almış materiala cavab olaraq, "Rotax" şirkəti artıq Türkiyədə istehsal edilən "Bayraktar" dronları üçün mühərriklərin ixracatının dayandırıldığını bəyan etmişdir.
 
Bu haqda adıçəkilən qəzetin 26 oktyabr sayında məlumat yer almışdır. Burada həmçinin 5 noyabr tarixində erməni icmasının adıçəkilən şirkətin ofisinin qarşısında etiraz aksiyası keçirəcəyi də yazılır (https://www.derstandard.at/story/2000121196470/lieferung-gestoppt-keine-oesterreichischen-motoren-fuer-tuerkische-kampfdrohnen-mehr).
 
Mircəfər