\
4 Dekabr 2020 - Cümə

“Vətən Müharibəsində qələbə münasibətilə” orden və medalları təsis edilir

“Vətən Müharibəsində qələbə münasibətilə” orden və medalları təsis edilir
1403baxış

Milli Məclisin bu gün keçirilən iclasında “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Bu barədə parlamentdən məlumat verilib.

Bundan başqa, plenar iclasda “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.