\
19 Aprel 2024 - Cümə

AzTU “Improtex Trucks & Busses” şirkəti ilə əməkdaşlıq memorandumu imzaladı

AzTU “Improtex Trucks & Busses” şirkəti ilə əməkdaşlıq memorandumu imzaladı
1614baxış
Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Improtex Trucks & Busses” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
 
Mediapress.az-ın məlumatına görə, sənədi rektor Vilayət Vəliyev və şirkətin direktoru Fərid Abdullayev imzalayıb. Memoranduma əsasən, tərəflər logistika sahəsində elmi-texniki, innovativ və texnoloji yeniliklərin tətbiqi istiqamətində əməkdaşlıq edəcək.
 
Əməkdaşlıq çərçivəsində şirkət universitetin gənc startapçılarının layihələrinin reallaşdırılması və icrasına dəstək göstərəcək. Bundan başqa, xarici ölkələrin aparıcı ali təhsil müəssisələrinin bu sahə üzrə mütəxəssislərinin qısa müddətli təlimlərin keçirlməsi üçün universitetə dəvət olunması da nəzərdə tutulub. Sənədə əsasən, AzTU-nun bakalavr, magistr, doktorantura pillələrində təhsil alan müasir düşüncəli, mütərəqqi texnologiyaların tətbiqini mənimsəyən tələbələri şirkətdə işlə təmin olunacaq.