\
20 Aprel 2024 - Şənbə

Nazir Elşad Hacıyevlə bağlı əmr imzaladı

Nazir Elşad Hacıyevlə bağlı əmr imzaladı
1700baxış

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətində yeni təyinat olub.

Mediapress.az-ın xəbərinə görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə polis mayoru Elşad Hacıyev DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

E.Hacıyev bu təyinata qədər Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışırdı.