\
16 Yanvar 2021 - Şənbə

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müsabiqəyə start verildi - VİDEO

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müsabiqəyə start verildi - VİDEO
1453baxış

Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Vətən Müharibəsində birlik nümayiş etdirən Azərbaycan xalqı bir dəmir yumruq altında birləşərək qürurla, qətiyyətlə həmrəy olduğunu göstərdi.

“Azpromedia” şirkəti də bu həmrəyliyi tərənnüm edəcək bir müsabiqəyə start verir.

Azərbaycanın bütün bölgələrindən bacarıqlı, istedadlı videoqraf, qrafiq dizayner, fotoqraf, rejissor, animator, operatorlar müsabiqəyə dəvət olunur. 

 

Müsabiqənin şərtləri belədir:

Dekabr ayının 1 - dən 15 - nə kimi 50 saniyədən çox olmamaq şərtilə “31 dekabr -Dünya Azərbaycanlılarının Həmrəylik Günü” mövzusunda  video, animasiya çarxlar, foto və video posterlər hazırlanmalı, şirkətin email ünvanına ([email protected],az) göndərilməlidir.

15 dekabr saat 18:00 dan etibarən materialların qəbulu dayandırılacaq.

Mövzudan kənar materiallar qəbul edilməyəcək.

Toplanan materiallar dekabr ayının 16-dan dekabrın 30-u saat 18:00-a kimi “Azpromedia” Şirkətinin Facebook (azpromedia.az) və İnstagram (@azpro_media) səhifələrində yayımlanacaq.

Dekabrın 30-u saat 18:00 dan sonra materialların qəbulu dayandırılacaq və videolara baxış sayı, bəyənmələr hesablanacaq. Ən çox bəyənmə və baxış sayı toplayan videolar 1-ci, 2-ci, 3-cü yer üzrə qalib elan olunacaq.

“Azpromedia” Şirkəti tərəfindən qaliblərə qiymətli hədiyyələr təqdim olunacaq. 

1 – ci yerin qalibinə 32 GB yaddaşlı “Samsung Galaxy  A7” Planşeti

2 – ci yerin qalibinə 32 GB yaddaşlı “Samsung Galaxy A 21 S” Mobil Telefonu

3 – ci yerin qalibinə 32 GB yaddaşlı “Xiaomi Redmi 9” mobil telefonu hədiyyə olunacaq.

Bundan əlavə qaliblər “Azpromedia” Şirkəti ilə əməkdaşlığa cəlb olunacaq.

P.S. İştirakçıların “Azpromedia” şirkətinin Facebook və İnstagram səhifələrini izləməsi şərtdir.