\
26 Aprel 2024 - Cümə

Nazirlik soyuqdan əziyyət çəkən qazini nəzarətə götürdü

Nazirlik soyuqdan əziyyət çəkən qazini nəzarətə götürdü
1203baxış

Sosial şəbəkələrdə Qazax rayon sakini, Vətən müharibəsində yaralanmış Musayev Kənan Nadir oğlunun yataqxanada qalması, soyuqdan əziyyət çəkməsi ilə bağlı video paylaşılıb.

Qeyd edək ki, Mediapress.az həmin görüntülərdən sonra qazimizə göstərilən hörmətsizliyi aradan qaldırmaq üçün dərhal hərəkətə keçdi. İlk olaraq Qazax rayin İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Başçının müavini Məmməd Əliyev problemi dinlədikdən sonra "adboy" verdi, daha sonra narahat edilməməsi üçün telefonunu söndürdü.     

Lakin əhalinin bu durumuna, əsasən də müharibə əlilinə etinasızlıq göstərən bu quruma ikinci dəfə müraciət etməyə ehtiyac qalmadı. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşları artıq Qazaxa yola düşmüşdülər. Bu barədə ətraflı məlumatı nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov feysbuk hesabında yazdı:

"Vətən müharibəsində yaralanmış Musayev Kənan Nadir oğlunun ailəsinin ehtiyacları barədə sosial şəbəkədə yayılan məlumatla əlaqədar bildirim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları artıq həmin ailə ilə görüşüblər. Kənanın ayağı sağaldıqdan sonra o, protezlə təmin olunacaq. Sabah isə ona əlil arabası veriləcək. Müharibə ilə əlaqədar əlillik dərəcəsi təyin edildikdən sonra Kənana əlilliyə görə müavinət və təqaüd də təyin ediləcək. Anası Məmmədova Məhəbbət Seyfəddin qızının işsiz olduğu nəzərə alınaraq, o artıq Nazirlik tərəfindən işlə təmin edilib"