\
24 Yanvar 2021 - Bazar günü

Ermənistanda 35 nəfər virusdan öldü: 1 264 yoluxma

Ermənistanda 35 nəfər virusdan öldü: 1 264 yoluxma
1491baxış
Ermənistanda daha 1 264 nəfərdə koronavirus aşkarlanıb.
 
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
 
Bununla da Ermənistanda virusa yoluxanların sayı 137 231 olub.
 
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 35 nəfər artaraq 2 228-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 567-yə yüksəlib. İndiyədək 111 795 nəfər infeksiyadan sağalıb.