\
24 Yanvar 2021 - Bazar günü

Putin koronavirusdan kütləvi peyvəndləməni elan etdi

Putin koronavirusdan kütləvi peyvəndləməni elan etdi
1455baxış
Rusiya prezidenti gələn həftədən Rusiyada koronavirusa qarşı kütləvi vaksinasiyaya başlanması barədə göstəriş verib.
 
İlk peyvəndlənənlər həkim və müəllimlər olacaq.
 
Bu barədə Putin onlayn videokonfransda bildirib.
Onun sözlərinə görə, yaxın günlərdə ölkədə istehsal olunan vaksin sayı 2 milyon dozaya çatacaq, bu da iri miqyaslı peyvəndləməyə başlamağa imkan verir. Sputnik V vaksini ilk növbədə risk qrupunda olan insanlara vurulacaq.
 
Putin bəyan edib ki, hökümətin və səhiyyə nazirliyinin vaksinlə bağlı ehtiyatlılığını başa düşür, amma ilk addımı atmaq vaxtı gəlib.