\
26 Aprel 2024 - Cümə

Bakıdakı yəhudi sinaqoqunda şəhidlərin xatirəsi anıldı

Bakıdakı yəhudi sinaqoqunda şəhidlərin xatirəsi anıldı
1675baxış

Bakının Avropa Aşkenazi Yəhudi Sinaqoqunda Vətən müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Azərbaycan Aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal başqa icma üzvləri ilə birlikdə şəhidlərimizin ruhuna dua oxuyub.

Xatırladaq ki, bu gün Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi anılır. Müdafiə Nazirliyinin məlumatına görə, müharibədə Silahlı Qüvvələrin 2 783 hərbi qulluqçusu şəhid olub, 103 hərbi qulluqçunun şəxsiyyətini DNA üsulu ilə müəyyənləşdirmək üçün işlər davam etdirilir. Daha 100-dən çox hərbi qulluqçu itkin düşmüş sayılır. Tibbi müəssisələrdə də 1 245 hərbi qulluqçu müalicə olunur.