\
18 Yanvar 2021 - Bazar ertəsi

"YAŞAT" Fondu I Qarabağ müharibəsi iştirakçılarının da ehtiyaclarını qarşılayacaq

"YAŞAT" Fondu I Qarabağ müharibəsi iştirakçılarının da ehtiyaclarını qarşılayacaq
1110baxış

“Şəhidlərimiz haqqında bizdə məlumatlar var. Ona görə şəhid ailələrimizin “YAŞAT” Fonduna müraciət etməsinə ehtiyac yoxdur. Onlarla bağlı məsələyə birbaşa olaraq Fond tərəfindən baxılacaq”.

Mediapress.az” xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, I Qarabağ müharibəsində iştirak edənlərə isə müraciət edirik ki, mart ayından etibarən Fonda müraciət etsinlər: “Düşünürəm ki, bizim müraciətimizi müsbət qarşılayacaqlar”