\
18 Yanvar 2021 - Bazar ertəsi

Sadır Japarov Qırğızıstanın Prezidenti seçildi

Sadır Japarov Qırğızıstanın Prezidenti seçildi
584baxış

Qırğızıstanda vaxtından əvvəl prezident seçkiləri və idarəetmə formasına dair referendum başa çatıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, ölkənin Mərkəzi Seçki Komissiyası Sadır Japarovun seçkilərdə 52.11% səslə qalib gəldiyini bəyan edib.

Qeyd edək ki, prezident seçkiləri ilə eyni vaxtda idarə üsulu ilə bağlı referendum da keçirilib. Ölkənin 80%-dən çox seçicisi prezident idarə üsuluna səs verib. Bu o deməkdir ki, Japarovun səlahiyyətləri genişləndirilir.

Bununla da Qırğızıstanda növbədənkənar prezidenti seçkiləri və referendum baş tutmuş sayılır.