\
24 Aprel 2024 - Çərşənbə

Bu il Ceyhan limanından 8 tanker Azərbaycan nefti yola salınıb

Bu il Ceyhan limanından 8 tanker Azərbaycan nefti yola salınıb
1462baxış

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "Botas International Limited" (BIL) şirkəti bu ilin ötən dövründə Ceyhan terminalından 6,198 mln barel xam neft nəql edib.

Mediapress.az” xəbər verir ki, bu həcmdə xam neft 8 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

İndiyədək isə Ceyhan limanından 3,577 mlrd barel neft 4 667 tankerə yüklənib.

Qeyd edək ki, BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC xam neftinin ilk tankerə yüklənməsi 2006-cı ilin iyunun 2-də baş tutub.