\
24 Aprel 2024 - Çərşənbə

Baş prokuror Vilyam Hacıyevin oğlunu yenidən vəzifəyə təyin etdi

Baş prokuror Vilyam Hacıyevin oğlunu yenidən vəzifəyə təyin etdi
1483baxış

Baş Prokurorluq İmişli Rayon İcra Hakimiyyətinin həbs edilən sabiq başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin yenidən vəzifəyə təyin edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Qurumun Mətbuat xidmətindən sorğusuna cavab olaraq bildirilib ki, Baş prokurorun əmri ilə sərəncamda olan Məhəmməd Hacıyev Qubadlı Rayon Prokurorluğunun müstəntiqi təyin olunub.

Qeyd edilir ki, rayon prokurorluğunun müstəntiqi vəzifəsi prokurorluq orqanlarında qulluq keçmə haqqında qanuna görə ən sonuncu - 9-cu təsnifat hesab olunur.

Xatırladaq ki, ötən il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və V.Hacıyev həbs edildi. Məhkəmənin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçildı. 2 sentyabr 2020-ci il tarixində Vilyam Hacıyevin həbs müddəti uzadılıdı

Vilyam Hacıyev Azərbaycan Pespublikası Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 179 (mənimsəmə) və 331 (rüşvət alma) maddələri ilə ittiham olundu.