\
20 Aprel 2024 - Şənbə

Koronavirus vaksinin yaratdığı immunetitin nə qədər davam etdiyinə aydınlıq gətirilib

Koronavirus vaksinin yaratdığı immunetitin nə qədər davam etdiyinə aydınlıq gətirilib
1446baxış

Aparılan tədqiqatların nəticəsinə görə koronavirusa qarşı vaksinin effektivliyi 92 %-dir.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd olunub ki, insanda yaratdığı immunitetin müddəti minimum 6 ay -1 ildir, maksimum müddət isə hələ rəsmi təsdiqlənməyib.

TƏBİB eyni zamanda qrip peyvəndi və ya yaxın zamanlarda digər xəstəliklərə qarşı peyvənd vurduran şəxslərin COVID-19 vaksini vurdurmaları ilə bağlı məsələyə də aydınlıq gətirib: “Əgər vurulmuş peyvənddən 1 ay müddət keçibsə, növbəti peyvəndin vurulması üçün heç bir əks göstəriş yoxdur”.