\
25 Aprel 2024 - Cümə axşamı

Gürcüstanın xarici ticarət dövriyyəsi ötən il 15 % azalıb

Gürcüstanın xarici ticarət dövriyyəsi ötən il 15 % azalıb
1560baxış

2020-ci ildə Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 11,347 milyard ABŞ dolları təşkil edib.

Mediapress.az”ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.

Sənədə əsasən, bu, 2019-cu illə müqayisədə 14,8 % azdır.

Ötən il qonşu ölkənin ixracının dəyəri 12 % azalaraq 3,342 milyard dollar, idxalının dəyəri isə 15,9 % azalaraq 8,006 milyard dollar olub.

Son nəticədə xarici ticarətdə 4,66 milyard dollarlıq kəsir yaranıb ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 41,1 %-dir.