\
20 Aprel 2024 - Şənbə

İsveçin ATƏT-ə sədrliyi müddətində öncül hədəflər açıqlandı

İsveçin ATƏT-ə sədrliyi müddətində öncül hədəflər açıqlandı
1467baxış

İsveçin ATƏT-ə sədrliyi müddətində təşkilatın rəhbər tutduğu prinsipləri müdafiə edərək konkret bölgələrdə vəziyyətə təsir göstərmək qabiliyyətinin təmin olunmasına xüsusi diqqət yetiriləcək.

Mediapress.az” xəbər verir ki, bu barədə ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde Daimi Şuraya müraciətində bildirib.

“Çoxtərəfli əməkdaşlığın və beynəlxalq hüququn get-gedə daha çox şübhə altına qoyulduğu, təhlükəsizliyi gücləndirmək üçün imzaladığımız sazişlər və alətlərimizin sual altında olduğu bir vaxtda onları niyə ilk olaraq hazırladığımızı xatırlamalıyıq. İsveçin amalına görə, ümumi problemlərimizi həll etməyin ən sərfəli yolu çoxtərəfli əməkdaşlıqdır. Çoxttərəfli sistemin məsuliyyətini üzərimizə götürməyə hazır olduğumuzu göstərmişik”, - nazir deyib.

İsveçin sədrliyinin öncül hədəflərindən danışan nazir 57 üzv ölkənin hamısının dəstəklədiyi prinsip və öhdəliklərə əsaslanaraq Avropa təhlükəsizlik düzənini və ATƏT-in əhatəli təhlükəsizlik konsepsiyalarını rəhbər tutacaqlarını vurğulayıb.

Başlıca hədəflər arasında münaqişələrin də həll olnmasını qeyd edən sədr qeyd edib: “Münaqişələrin beynəlxalq sülh və təhlükəsizliyə təhdidləri, doğurduqları əzab-əziyyətlər yolverilməzdir. Odur ki, regionumuzdakı münaqişələrin həll olunması gündəliyimizdə ilk yerdə olmalıdır”.

Bütün münaqişələrdə beynəlxalq hüquq normalarına əməl olunmasına, humanitar fəsadların yumşaldılmasına, inklüziv yanaşmanın tətbiqinə çalışacaqları da diqqətə çatdırılıb.