\
23 Aprel 2024 - Çərşənbə axşamı

Biləsuvarda ağır yol qəzası olub, ölən var

Biləsuvarda ağır yol qəzası olub, ölən var
1496baxış

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

"Mediapress.az"ın Muğan bürosunun məlumatına görə, hadisə rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Abdullayev Musa İnşallah oğlu kəndin ərazisində velosipedlə hərəkətdə olarkən idarəetməni itirərək traktorun qoşqusuna çırpılıb. Nəticədə ağır yaralanan M.Abdullayev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.