\
26 Aprel 2024 - Cümə

Türkiyəni qanunsuz yollarla tərk etmək istəyən 13 FETÖ terrorçusu saxlanıldı

Türkiyəni qanunsuz yollarla tərk etmək istəyən 13 FETÖ terrorçusu saxlanıldı
1362baxış

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda qanunsuz yollarla ölkə ərazisini tərk etmək istəyən 13 FETÖ terrorçusu ələ keçirilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Marmaris Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılan terrorçuların qayıqlar vasitəsilə Yunanıstana keçmək istədikləri müəyyən edilib.

Saxlanılan terrorçulardan 11-i həbs edilib. Onların arasında FETÖ ilə əməkdaşlıqda şübhəli bilinərək işdən azad olunan və araşdırmaları davam edən hərbçi, polis və müəllimlər də var.