\
26 Aprel 2024 - Cümə

Rusiyada pandemiya qurbanlarının sayı 66 mini ötdü

Rusiyada pandemiya qurbanlarının sayı 66 mini ötdü
1372baxış

Rusiyada son bir gündə daha 22 857 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 591 066 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 471 nəfər artaraq 66 037-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 978 764 nəfər sağalıb.