\
18 Aprel 2024 - Cümə axşamı

Çavuşoğlu 20 Yanvar şəhidlərini andı

Çavuşoğlu 20 Yanvar şəhidlərini andı
1461baxış

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu yanvarın 20-də canlarını Azərbaycanın istiqlalı uğrunda qurban verən şəhidlərlə bağlı “Twitter” hesabında paylaşım edib.

Virtualaz.org bildirir ki, paylaşımda deyilir: “20 yanvar 1990-cı ildə Can Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən qardaşlarımızı rəhmətlə anıram. Şəhidlərin simvolu olan qərənfillər bu gün Azərbaycan torpağının simvolu Xarı bülbül ilə birlikdə çiçəkləyir”.

“Üç rəngli bayrağınla xoşbəxt yaşa, Can Azərbaycan!”, - deyə türkiyəli nazir hər iki qardaş ölkənin dövlət bayraqlarını da paylaşımına əlavə edib.