\
28 Fevral 2021 - Bazar günü

"20 Yanvar Azərbaycanın şanı və şərəfi günüdür" - Hüseyn Altınalan

"20 Yanvar Azərbaycanın şanı və şərəfi günüdür" - Hüseyn Altınalan
1171baxış

"20 yanvar 1990-cı ildə Qırmızı Ordu millətimizin müstəqillik əzmini qırmağa çalışdı. Lakin ölkəsinin azadlığını və şərəfini hər şeydən üstün tutan azərbaycanlı qardaşlarımız ölümdən qorxmadılar. Hətta ölümün üstünə yeridilər, öləcəklərini bilə-bilə mübarizə aparıb şəhid oldular və bununla da tarix yazdılar".

Mediapress.az-ın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan deyib.

H.Altınalan bildirib ki, axan qan Azərbaycanı sürətlə müstəqilliyə qovuşdurdu: "Bu səbəbdən 20 Yanvar yalnız kədər və ağrı ilə xatırlanacaq bir gün deyil, həm də şərəf günüdür. Bunu nəzərə alaraq Vətən və ərazi bütövlüyünü qorumaq uğrunda mübarizə apararkən başda 20 Yanvar və Vətən savaşında həyatını itirən bütün şəhidlərimizə Uca Allahdan rəhmət diləyirəm".