\
18 Aprel 2024 - Cümə axşamı

Azərbaycan və Türkmənistan prezidentləri arasında videokonfrans formatında görüş keçirilib

Azərbaycan və Türkmənistan prezidentləri arasında videokonfrans formatında görüş keçirilib
1521baxış

Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib.

Mediapress.az bildirir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.