\
20 Aprel 2024 - Şənbə

Oleq Krapivin YAŞAT Fonduna 10 min dollar yardım etdi

Oleq Krapivin YAŞAT Fonduna 10 min dollar yardım etdi
1600baxış
Azərbaycan yığmasının sabiq güləşçisi, SSRİ-nin əməkdar məşqçisi, uzun müddət Ukraynada yaşayan və Kiyev Azərbaycanlıları Konqresinə rəhbərlik edən veteranlar arasında dünya çempionu Oleq Krapivin YAŞAT Fonduna yardım edib.
 

Mediapress.az xəbər verir ki, o, Fonda 10 min ABŞ dolları köçürüb.

 
Xatırladaq ki, Oleq Krapivin Vətən müharibəsi zamanı da Silahlı Qüvvələrə dəstək üçün yaradılmış fonda 20 min dollar ianə etmişdi.
 
Qeyd edək ki, Oleq Krapivin Şamaxıda anadan olub. Doğulduğu şəhərdə hər il onun şərəfinə sərbəst güləş üzrə gənclər turnirlərinin keçirildiyi “Şirvan” idman klubunu inşa etdirib.
 
Krapivinin rəhbərliyi ilə Ukrayna-Azərbaycan, Heydər Əliyev adına təhsil, elm, mədəniyyət, idman mərkəzi qurulub. Azərbaycan dilini öyrənmək üçün bazar günü məktəbi açılıb. Onun köməyi ilə “Veten” vokal və rəqs ansamblı yaradılıb, Kiyevin “Bakineç” idman klubu açılıb.
 
2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev Oleq Krapivinə “Əməkdar Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adını verib.