\
25 Fevral 2021 - Cümə axşamı

Rusiyada koronavirus daha 337 nəfərin həyatına son qoydu

Rusiyada koronavirus daha 337 nəfərin həyatına son qoydu
567baxış

Rusiyada son sutka ərzində koronavirusa 12 604 yeni yoluxma halı qeydə alınıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bununla ölkə üzrə virusa yoluxanların sayı 4 177 330 nəfərə çatıb.

Rusiyada son 24 saatda həm də 337 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 83 630 nəfər olub. İndiyədək 3 726 388 xəstə sağalıb.

Xatırladaq ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.