\
26 Aprel 2024 - Cümə

Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının görüşü başladı

Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının görüşü başladı
1367baxış

Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşü başlayıb. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Qeyd edək ki, Ceyhun Bayramov Ankarada işgüzar səfərdədir. Azərbaycan XİN başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həmkarı Mövlud Çavuşoğlu tərəfindən qəbul edilib.