\
20 Aprel 2024 - Şənbə

Bakıda avtobuslar bu istiqamətlər üzrə tam hərəkət edə bilmir

Bakıda avtobuslar bu istiqamətlər üzrə tam hərəkət edə bilmir
1322baxış

Hazırda Bakıda bəzi yollarda meteoloji amillər səbəbindən nəqliyyat vasitələrinin, o cümlədən də sərnişin avtobuslarının hərəkətində çətinliklər var.

Bakı Nəqliyyat Agentliyindən Mediapress.az-a verilən məlumata görə, bəzi istiqamətlərdə avtobuslar sxem üzrə tam hərəkət edə bilmir.

Bu ərazilər aşağıdakılardır:

- Yeni Yasamal (M.Xiyabani və Ə.Əhmədov küçələri)

- Günəşli

- Hövsan

- Şüvəlan

- Binə

- Badamdar

- Xırdalan

- Müşviq

- Mehdiabad

- Digah

- Masazır dairəsi

- Kürdəxanı yolu

- Məmmədli və Yanardağ yolu

- Biləcəri enişi

- Xutor adlanan ərazidən Azadlıq prospekti istiqaməti

- Baksol yolu

- Zığ yolu

- Salyan şossesi

- Bibiheybət yolu

- Bakı dairəvi yol.