\
25 Aprel 2024 - Cümə axşamı

Sürücülər yolda qaldı: Köməyə polislər gəldi - VİDEO

Sürücülər yolda qaldı: Köməyə polislər gəldi - VİDEO
1331baxış
Respublika ərazisinə yağan güclü qar avtomobillərin hərəkətində çətinliklər yaradıb.
 
“Report”un xəbərinə görə, qarın yağması ilk növbədə yollarda hərəkətin axınına öz təsirini göstərir.
 
Bu cür hava şəraitində Baş Dövlət Yol Polisi (DYP) İdarəsi əməkdaşları sürücülərin köməyinə çatıb.
 
Belə hadisələrdən biri İsmayıllı-Qəbələ-Şəki yolunun 56-cı km-də baş verib. Yolda köməksiz vəziyyətdə qalan sürücülərin köməyinə yol polisləri gəlib. Onlar köməksiz vəziyyətdə qalan avtomobil sürücülərinə kömək göstəriblər.